Elan: GM — 05 Tarix: 09. 04. 2024
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində, “İnnovativ İnkişaf” MMC tərəfindən icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü çərçivəsində Günəş enerjisi avadanlıqlarının satınalınması və quraşdırılması üzrə müsabiqə elan edilir.
Müsabiqə iştirakçısının vəzifə öhdəlikləri:
- Günəş enerjisi sistemi üçün günəş paneli 550 Wt – 2 ədəd ;
- İnverter 1kwt – 1 ədəd
- Akkumlyator batareyası (12vt/100amp) – 2 ədəd
- Akkumlyatorun kabeli (1 x 35) – 6 metr
- Günəş panelinin kabeil (təhlükəsizlik borusu ilə birlikdə) – 48 metr;
- Günəş panelinin quraşdırılması üçün alüminium karkas – 2 ədəd;
- Avtomat elektrik açarı – 6 ədəd
- Avtomat elektrik açarların qutusu – 1 ədəd
- Elektrik kabeli (2 x 4,0mm) – 18 metr
- Elektrik naqili (2 x 2,5 mm) – 94 metr
- Elektrik qutusu – 5 ədəd
- Led lampalar – 24 ədəd
- Günəş enerjisi avadanlıqlarının instalyasiyası – 1 sistem
- Günəş enerjisi avadanlıqlarının Bakıdan Gəncəyə daşınma xərci – 750 km (Bakı-Gəncə-Bakı)
- Avadanlıqların iş mexanizmi və texniki təhlükəsizlik məsələlərilə bağlı praktik seminarın keçirilməsi.
Namizədə olan tələblər:
- Sahə üzrə təcrübəsi — minimum 3 il;
- Avadanlıqlara və işə dair zəmanət — minimum 5 il;;
- Texniki təhlükəsizlik tələblərini təmin etmək;
- İşi müqavilə üzrə göstərilən müddətdə təhvil vermək;
Görüləcək işin müddəti: 14 may — 24 may 2024
Görüləcək işin yeri: Gəncə şəhəri.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən Günəş avadanlıqlarının təmin edilməsi və quraşdırılması ilə bağlı təkliflərinizi 29 aprel 2024-cü il tarixinədək atlanticcenter1@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız sənədləri ilkin mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
“İnnovativ İnkişaf” MMC
“Satınalmalar üzrə qiymətləndirmə komissiyası”
Telefon: 050 5919115
E-mail: atlanticcenter1@gmail.com