Elan: GM — 04 Tarix: 01. 04. 2024
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində, “İnnovativ İnkişaf” MMC tərəfindən icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü çərçivəsində Günəş enerjisi sisteminin əlavə günəş paneli ilə təmin edilməsinə dair müsabiqə elan edilir.
Müsabiqə iştirakçısının vəzifə öhdəlikləri:
- Quraşdırılmış günəş enerjisi sistemi üçün əlavə (2-ci) günəş paneli 550 Wt – 1 ədəd ;
- Günəş panelinin kabeli (təhlükəsizlik borusu ilə birlikdə) – 24 metr;
- Günəş panelinin quraşdırılması üçün alüminium karkas (quraşdırılması ilə birlikdə) – 1 ədəd;
- Quraşdırılmış Günəş panelinin instalyasiyası – 1 dəst.
- Günəş enerjisi avadanlıqlarının təhlükəsizlik şkafı – 2 ədəd (açıq hava üçün nəzərdə tutulan təhlükəsizlik şkafında havalandırma sistemi və avadanlıqların göstəricilərinin müşahidə aynası olmalıdır.
(Ölçüsü 2m x 1m x 0,5m)
Namizədə olan tələblər:
- Sahə üzrə təcrübəsi — minimum 3 il;
- Avadanlıqlara və işə dair zəmanət — minimum 5 il;;
- Texniki təhlükəsizlik tələblərini təmin etmək;
- İşi müqavilə üzrə göstərilən müddətdə təhvil vermək.
Görüləcək işin müddəti: 18 aprel — 26 aprel 2024
Görüləcək işin yeri: Gəncə şəhəri.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən Günəş panelinin quraşdırılması ilə bağlı təkliflərinizi 15 aprel 2024-cü il tarixinədək atlanticcenter1@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız sənədləri ilkin mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
“İnnovativ İnkişaf” MMC
“Satınalmalar üzrə qiymətləndirmə komissiyası”
Telefon: 050 5919115
E-mail: atlanticcenter1@gmail.com