Tarix: 27.07.2013
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimaiyyətin dəstəyinin gücləndirilməsi” layihəsi çərçivəsində 27 iyul 2013-cü il tarixində “Sülh naminə tərəfdaşlıq proqramı: Azərbaycanın beynəlxalq təhlükəsizlik proseslərində iştirakı” mövzusunda Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə şəhəri) dəyirmi masa tədbiri keçirilmişdir.Qırxdan cox tələbə, müəllim və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu tədbirdə məruzəçi-ekspert Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər idarəsinin əməkdaşı Nadir Saraclı olmuşdur. Dəyirmi masa tədbirinin iştirakçıları Sülh naminə tərəfdaşlıq proqramı , Avro-Atlantik inteqrasiya, təhlükəsizliyin bölünməzliyi və Azərbaycanın beynəlxalq sülhyaratma proseslərində iştirakı barəsində əhəmiyyətli məlumatlar əldə etdilər. Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimaiyyətin dəstəyinin artırılması məqsədi daşıyan bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilmişdir.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.