Azərbaycanca | English

Tarix: 01.11.2013

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimaiyyətin dəstəyinin gücləndirilməsi” layihəsi çərçivəsində 01 noyabr 2013-cü il tarixində : “NATO-Azərbaycan əlaqələri: Əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri ” mövzusunda Gəncə Dövlət Universitetində dəyirmi masa tədbiri keçirilmişdir.

Əlli yeddi nəfər tələbə, müəllim və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu tədbirdə məruzəçi Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun ölkəmizdəki əlaqələndiricisi Daniel Kristian Çobanu olmuşdur.

Dəyirmi masa tədbirinin iştirakçıları NATO-Azərbaycan əlaqələrinin bugünki dinamikası, Avro-Atlantik strukturlar, Avro-Atlantik inteqrasiya və NATO-Azərbaycan arasındakı geniş spektrli məsələlərə dair praktik əməkdaşlıq barəsində əhəmiyyətli məlumatlar əldə etdilər.

Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə gənclərin dəstəyinin artırılması məqsədi daşıyan bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilmişdir.

Tədbirdə KİV nümayəndələrinin (Kəpəz TV) iştirakının təmin edilməsi tədbir haqqında daha geniş ictimaiyyətin məlumatlandırılmasına zəmin yaratmışdır.

 

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov