Azərbaycanca | English

Picture1

3

2

4

 

 

 

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqların
valideynləri üçün seminar təşkil edilmişdir.

IMG_311515 avqust 2018-ci il tarixində, Gəncə şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqlarların valideynləri üçün “Davranışın idarəolunması və pozitiv valideynlik” mövzularında seminarların keçirilməsinə başlanılmışdır.

Tədbir Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, “Əlilliyi olan şəxslər üçün Mərkəz” (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatlarının birgə icra etdiyi “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

IMG_3152

IMG_3176

 

 

 

 

 

 

 

Tədbiri giriş nitqi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov açaraq bildirdi ki, “valideynlər uşaqlarının inkişafında başlıca rola sahibdirlər. Uşaqlara qayğının göstərilməsində, onlar üçün nümunənin göstərilməsində və övladlarının sosiallaşmasında valideynlər mühüm rola malikdirlər. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün “Davranışın idarəolunması və pozitiv valideynlik” mövzularında seminarın keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Tədbirin məruzəçi eksperti, psixoloq Taciyə Mehdiyeva xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına “Bioloji valideynlik”, “Sosial valideynlik”, “Uşaq və yaş psixologiyası”, “Ailə tipləri”, “Xəstə uşaq yox, fərqli uşaq valideyni  olmaq”, “Pozitiv övlad yetişdirməyin üsulları” və “Ailədaxili münasibətlərin övlad tərbiyəsində rolu” mövzularında geniş məlumatlar verdi. Seminar ərzində mövzu ətrafında müzakirələr və fikir mübadiləsi aparılmış və valideynlərin qrup işlərinin təqdimatları dinlənilmişdir. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi və UAFA təşkilatının Gəncə İcma əsaslı Reabilitasiya Mərkəzinin direktoru Rəzalə Abbasova da iştirak etmişdirlər.

Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş “Davranışın idarəolunması və pozitiv valideynlik” adlı broşura təqdim edilmişdir.

Gəncə şəhəri və ətraf rayonlarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə fəal şəkildə inteqrasiyasının gücləndirilməsində yerli icmaların və ailələrin rolunun təşviqi məqsədi daşıyan bu tədbir “Azərbaycan 2020: Gələcəyə baxiş” İnkişaf Konsepsiyasına və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğundur.

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov