Elan: SA-11 Tarix: 03.10.2018
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində “Karyera hədəfinin seçilməsi”, “İş axtarma bacarıqları”, “CV-nin düzgün yazılması”, “Müsahibə qabiliyyəti”, “Effektiv ünsiyyət”, “Təqdimatların hazırlanması”, “İdeyaların mübadiləsi”, “Evdən kənara çıxmadan işləmək və təhsil almaq imkanları”, “Sənədlərin və dərslərin paylaşılması”, “Online öyrənmə” mövzularında təşkil ediləcək seminarlarda
məruzəçi ekspert vəzifəsi üçün vakansiya elan edilir.
Yuxarıda qeyd olunan mövzularla bağlı tədbirlərdə aparıcılıq təcrübəsinə malik, ali təhsilli, elektron təqdimatların hazırlanmasında peşəkar bacarığı olan və bu sahələr üzrə müvafiq sertifikatlar əldə etmiş namizədlərdən mövzu yerində “Məruzəçi ekspert” qeyd edərək, CV-lərini 19 oktyabr 2018-ci il tarixinədək euroatlanticcenter@gmail.com elektron ünvanına göndərməkləri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.
Seminarlar 24 oktyabr – 31 oktyabr 2018-ci il tarixlərində təşkil ediləcəkdir.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin
Satınalmalar üzrə qiymətləndirmə komissiyası