Azərbaycanca | English

Picture1

3

2

4

 

 

 

 

Vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri üçün “Sosial sahibkarlıq” mövzusunda tədbir keçirilmişdir.

3

2

 

 

 

 

 

 

 

26-27 noyabr 2018 il tarixində, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin layihə ofisində vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Sosial sahibkarlıq” mövzusunda 2 günlük seminar keçirilib.

Tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov seminarın məqsədi və iki günlük proqramı haqqında məlumat verdi, sonra o, sosial sahibkarlığın vətəndaş cəmiyyətinin inkişaf edtirilməsinə əlavə dəyər gətirən bir kateqoriya olduğunu və tədbirdə iştirak edən qeyri-kommersiya təşkilatlarının nümayəndələrini sosial sahibkarlığın ideya və dəyərlərini mənimsəməyin və öz fəliyyətlərində tətbiq etməyin əhəmiyyətini vurğuladı.

1Sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Gəncə-Qazax bölgəsi üzrə koordinatoru Fariz Qarayev seminarın gedişatı haqqında təəssüratlarını bölüşərək tədbir iştirakçılarına uğurlar arzuladı.

Tədbirin məruzəçi eksperti, Beynəlxalq Əmək Təşkilatının master treneri Azad Rəhimov xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına sosial sahibkarlıq anlayışı, sosial sahibkarlığın prinsipləri, sosil biznesin əsas mərhələlələri, sosial sahibkarlıq ideyası, sosial sahibkarlığın marketinq planı, sosial sahibkarlığın ilkin kapital mənbələri və hüquqi məsuliyyəti barəsində geniş məlumatlar vermişdir. Daha sonra seminar iştirakçılarının sosial sahibkarlıq sahəsində praktik bacarıqlar əldə etmələri üçün qruplarla iş aparılmışdır.

4

5

 

 

 

 

 

 

 

17 nəfər vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda iştirakçılar tərəfindən seminarın ümumi qiymətləndirməsi aparılmış, həmcinin sosial sahibkarlıq məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

 

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov