Azərbaycanca | English

Picture1

3

2

4

 

 

 

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün Gəncə bölgəsinin tarixi, mədəni və istirahət yerlərinə ekskursiyalar təşkil edilmişdir.

1-1Gəncə Avro-Atlantik Məlumat Mərkəz tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün təşkil olunmuş ekskursiya çərçivəsində ilk səfər Gəncə şəhər Uşaq Kitabxanasına edilmişdir. Görüşün məqsədi kitabxana tərəfindən uşaqlara göstərilən yeni xidmətlər barəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynlərini məlumatlandırmaq və bu uşaqların kitabxanada göstərilən xidmətlərdən bəhrələnməyə cəlb edilməsi olmuşdur. Kitabxananın əməkdaşları uşaqları hörmətlə və mehribanlıqla qarşılamış və onlara kitabxanada təşkil edilmiş kitab sərgiləri, nağıl guşəsi və yeni xidmətlərlə tanış etmişdirlər. Sonra kitabxananın əməkdaşı Kifayət Sadıqova uşaqlar üçün “Ovçu Pirimin nağılı”nı oxudu və uşaqlarla “Tapmaca saatı” keçirdi.

1-2Daha sonra Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin rəhbəri Mehman Xəlilov layihə çərçivəsində hazırlanmış “Əlillik haqqında məlumatlandırma” lifletlərini, “Pozitiv valideynlik və davranışın idarə olunması” broşurlarını və “Xüsusi ehtiyacı olan uşaqların inkişafına dair rəhbərlik” kitablarını kitabxanaya hədiyyə etdi.

1-3

1-5

Növbəti səfər Miniatür Kitab Muzeyinin Gəncə şəhər filialına oldu. Muzeylə tanışlıq uşaqlarda miniatür kitablara maraq hissi yaratmışdır. Muzeyin əməkdaşları uşaqlar və onların valideynlərinə müxtəlif dillərdə çap edilmiş kitablardan ibarət muzeyin kolleksiyası haqqında maraqlı məlumat vermişdirlər.

1-6

1-7

Eksursiyanın növbəti dayanacağı Azərbaycanın, eləcə də Şərqin görkəmli mütəffəkkiri, dahi şair və filosof şeyx Nizami Gəncəvinin məqbərəsi kompleksinə və Nizami Gəncəvi muzeyi olmuşdur.

1-10

1-9

Muzeyin bələdçisi Hava Hüseynova dahi şairin həyat və yaradıcılığı haqqında uşaqlara və onların valideynlərinə yığcam məlumat vermişdir. Səfər iştirakçıları daha sonra Nizaminin məqbərəsini ziyarət etmişdirlər. Dünya şöhrətli şairimizin irsi ilə tanışlıq iştirakçılarda Azərbaycan mədəniyyətinin zənginliyi ilə bağlı dolğun təəssürat yaratmışdır. Ekskursiya çərçivəsində Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzinə də səfər təşkil edilmişdir. Muzeyin bələdçisi Ümummilli Liderin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti və Gəncə şəhərinə səfərləri barəsində geniş və dolğun məlumat vermişdir.

1-11

1-12

5

6

7

8

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov