Azərbaycanca | English

“İnnovativ İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən  01 noyabr 2023-cü il tarixindən etibarən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsünün icrasına başlanılmışdır. Bu təşəbbüs Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.

Təşəbbüs Gəncə-Qazax regionunda geniş ictimaiyyət arasında iqlim dəyişikliyinin fəsadları ilə bağlı maarifləndirici təbdirlərin həyata keçirilməsinə və elektrik təchizatının bərpa olunan enerji mənbələri hesabına təmin olunması, elektrik enerjisinə qənaət vasitəsilə ətraf mühitin çirklənməsinin qarşısının alınmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmişdir.

Bu təşəbbüs çərçivəsində Şəmkir, Samux və Göygöl rayon ictimaiyyəti, həmçinin Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün məlumatlandırma sessiyaları təşkil ediləcək, eyni zamanda tərtib oluncaq bukletlərin paylanması və yerli TV-də sosial reklam çarxının yayımlanması nəticəsində geniş ictimaiyyət arasında ekologiya ilə bağlı mövzulara daha həssas münasibətin göstərilməsinin vacibliyi aşılanacaq.

Təşəbbüs çərçivəsində həmçinin, “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində (Gəncə şəhərində) fəaliyyət göstərən ailə və məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacaq günəş enerjisini elektrik enerjisinə çevirən günəş panelləri ilə təchiz olunacaq. Bunun nəticəsində istehsal olunan elektrik enerjisi vasitəsilə sığınacağın işıqlandırılması üçün enerjiyə olan tələbat tam olaraq təmin ediləcək.

Bu təşəbbüs çərçivəsində eyni zamanda Gəncə-Qazax regionunda alternativ və bərpa olunan enerjidən geniş istifadəni və bu sahədə dövlət, bələdiyyə, özəl sektor və Vətəndaş Cəmiyyəti Təsisatlarının əməkdaşlığını təşviq etmək məqsədilə dəyirmi masa müzakirələri və Avropa İttifaqının “Merlərin Razılaşması-Şərq” proqramında region bələdiyyələrinin iştirak imkanları ilə bağlı seminarlar təşkil ediləcək.

Bu təşəbbüs “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə (5-ci bənd “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”),  “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (“Regionlarda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi” vəzifəsi), “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” 10 dekabr 2002-ci il Azərbaycan Respublikası Qanununa, Avropa İttifaqının enerji təchizatının etibarlılığının artırılması, enerjinin səmərəliliyinin təşviqi və bərpa olunan enerji mənbələrindən istifadə vasitəsilə enerjinin əlverişli, etibarlı və dayanıqlı olması məqsədilə həyata keçirdiyi EU4 Energy təşəbbüsünə və  BMT-nin Davamlı İnkişaf Məqsədlərinə (DİM: 5, 7, 11, 13.) və hədəflərinə (Hədəf: 5.1, 7.1, 11b, 13.1, 13.3) uyğundur.

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinə məxsus olan bu təşəbbüs  Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən  həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “İnnovativ İnkişaf” MMC tərəfindən icra edilir.

Salamlama
Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri
Təqvim
Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov