Elan: GM — 01 Tarix: 02.11.2023
Avropa İttifaqının maliyyə dəstəyi ilə və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində, “İnnovativ İnkişaf” MMC tərəfindən icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü üzrə
aşağıda göstərilən xidmətlərin və malların satınalınması ilə bağlı müsabiqə elan edilir:
- Layihənin məlumat lövhəsinin (kv.m * 2 baner) dizayn və çap olunması, Roll-upla (2əd.) birlikdə təhvil verilməsi;
- Layihənin məlumatlandırma bukletlərinin dizayn və çap edilməsi;
- Printer avadanlıqlarının 8 ay müddətinə (2ədəd) icarəyə götürülməsi (lazer tipli printer və rəngli printer);
- Layihə icrası üçün ofis ləvazımatları (kağız A4, kartric, bloknot, qələm, qovluq, pozan, skrepki və digər);
- Layihə ofisinin icarəsi (icarəyə verilən obyektin sahəsinin minimum 100 kv.m olması);
- Günəş Paneli 300Wt, akkumlyator batareyası, inverter avadanlıqları (quraşdırılması ilə birlikdə);
- Açıq hava üçün nəzərdə tutulan məlumat lövhəsinin dizaynı, hazırlanması və quraşdırılması (25sm * 30sm);
- Tədbir iştirakçıları üçün dəftərxana və paylanma materialları (qovluq, qələm, bloknot, pozan, karandaş və s.);
- Layihə çərçivəsində keçiriləcək tədbirlərin iştirakçıları üçün çay/kofe fasiləsinin təşkili;
- «İqlim dəyişikliyinin fəsadları və alternativ enerji mənbələrinin əhəmiyyəti» mövzusunda Video çarxın hazırlanması və 1 ay ərzində TV-də yayımlanmasının təşkil edilməsi.
Yuxarıda qeyd olunan sahələr üzrə təcrübəsi olan iddiaçılar mövzu yerində müvafiq olaraq bu elanın 1-6 maddələrinin mövzularını qeyd edərək, 1-6 maddələri üzrə təkliflərini 06 noyabr 2023-cü il tarixinədək , 7-10 maddələri üzrə təkliflərini 20 noyabr 2023-cü il tarixinədək atlanticcenter1@gmail.com elektron ünvanına göndərməlidirlər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.
“İnnovativ İnkişaf” MMC
Telefon: 050 591 91 15
E-mail: atlanticcenter1@gmail.com