Elan: GM — 02 Tarix: 17. 11. 2023
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində, “İnnovativ İnkişaf” MMC tərəfindən icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü üzrə
- «İqlim dəyişikliyinin fəsadları və alternativ enerji mənbələrinin əhəmiyyəti»;
- «Merlərin Razılaşması-Şərq»;
- “Qərb bölgəsində yaşıl enerjidən istifadənin təşviqi və bu sahədə yerli hökumət, bələdiyyələr, özəl sektor, VCT əməkdaşlığının perspektivləri”;
- “Qlobal istiləşmə ilə bağlı məsələlərin mediada geniş işıqlandırılması” mövzularında təşkil ediləcək seminar və təlimlərdə
məruzəçi ekspert vəzifəsi üzrə vakansiya elan edilir:
Yuxarıda qeyd olunan mövzularla bağlı tədbirlərdə aparıcılıq təcrübəsi olan, ali təhsilli və bununla əlaqədar müvafiq sertifikatlar əldə etmiş, elektron təqdimatlarla bağlı təcrübəsi olan namizədlərdən mövzu yerində “Məruzəçi ekspert” qeyd edərək, CV-lərini 15 dekabr 2023-cü il tarixinədək atlanticcenter1@gmail.com elektron ünvanına göndərməkləri xahiş olunur. Seminar və təlimlər 15 mart 2024 – 14 iyun 2024-cü il dövründə Gəncə şəhərində və Samux, Şəmkir, Göygöl rayonlarında keçiriləcək. Yalnız sənədləri ilkin mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
“İnnovativ İnkişaf” MMC
Telefon: 050 591 91 15
E-mail: atlanticcenter1@gmail.com