Elan: GM — 03 Tarix: 01. 02. 2024
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində, “İnnovativ İnkişaf” MMC tərəfindən icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü üzrə avtonəqliyyat xidmətinin göstərilməsinə dair müsabiqə elan edir.
Müsabiqə iştirakçısının vəzifə və öhdəlikləri:
- Layihə fəaliyyətləri ilə bağlı işçi heyətinin Gəncə şəhəri daxilində və ətraf rayonlarda təyin olunmuş ünvanlara daşınmasını təmin etmək;
- İstifadə etdiyi nəqliyyat vasitəsini təmiz, yararlı və saz vəziyyətdə saxlamaq;
- Avtomobildə texniki nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək. Namizədə olan tələblər:
- Sürücülük təcrübəsi — minimum 5 il;
- Sürücülük vəsiqəsi — BC kateqoriyası;
- Dil bilikləri: Azərbaycan dili;
- Yüksək ünsiyyət və kollektivlə işləmək bacarığı;
- İşə məsuliyyətli yanaşmaq, təmkinli davranmaq və stresə davamlılıq.
Xidmətin müddəti: 01 mart — 30 iyun 2024
Xidmətin həcmi: 24 gün/xidmət
İş saatı: 9:00-18:00
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən Avtonəqliyyat xidmətinin göstərilməsi ilə bağlı təkliflərini 14 fevral 2024-cü il tarixinədək atlanticcenter1@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız sənədləri ilkin mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
“İnnovativ İnkişaf” MMC
“Satınalmalar üzrə qiymətləndirmə komissiyası”
Telefon: 050 5919115
E-mail: atlanticcenter1@gmail.com