Azərbaycanca | English

Tarix: 29 yanvar 2024-cü il

“İnnovativ İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən  icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü çərçivəsində 29 yanvar 2024-cü il tarixindən etibarən “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən ailə və məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacağın otaqlarıının işıqlandırılması günəş enerjisi avadanlıqlarının vasitəsilə həyata keçirilməsinə başlanıldı.
Bu təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən  həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində icra edilir. Читать далее

   

 Elan: GM — 02                                                                                                               Tarix: 17. 11. 2023

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində, “İnnovativ İnkişaf” MMC tərəfindən icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və  bərpa olunan enerji mənbələrindən  istifadənin  təşviqi” təşəbbüsü üzrə

  1. «İqlim dəyişikliyinin fəsadları və alternativ enerji mənbələrinin əhəmiyyəti»;
  2. «Merlərin Razılaşması-Şərq»;
  3. “Qərb bölgəsində yaşıl enerjidən istifadənin təşviqi və bu sahədə yerli hökumət, bələdiyyələr, özəl sektor, VCT əməkdaşlığının perspektivləri”;
  4. “Qlobal istiləşmə ilə bağlı məsələlərin mediada geniş işıqlandırılması” mövzularında təşkil ediləcək seminar və təlimlərdə

                                                        məruzəçi ekspert vəzifəsi üzrə vakansiya elan edilir:  Читать далее

     Elan: GM — 01                                                                                                              Tarix: 02.11.2023      

Avropa İttifaqının maliyyə dəstəyi ilə və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində, “İnnovativ İnkişaf” MMC tərəfindən icra edilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü üzrə

aşağıda göstərilən xidmətlərin və malların satınalınması ilə bağlı müsabiqə elan edilir: Читать далее

“İnnovativ İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən  01 noyabr 2023-cü il tarixindən etibarən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsünün icrasına başlanılmışdır. Bu təşəbbüs Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir. Читать далее

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən  01avqust 2023-cü il tarixindən etibarən həyata keçirilən “Gəncə-Qazax bölgəsində qadınların və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsi uğurla icra edilmişdir. Читать далее

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən 01 avqust 2023-cü il tarixindən etibarən həyata keçirilən “Gəncə-Qazax bölgəsində qadınların və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsinin icrası uğurla davam etdirilir. Читать далее

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01avqust 2023-cü il tarixindən etibarən “Gəncə-Qazax bölgəsində qadınların və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsinin icrasına başlanılmışdır.

Layihə Gəncə şəhəri, həmçinin Samux və Kəlbəcər royonlarında yaşayan qadınların, xüsusilə sosial cəhətdən həssas təbəqələrdən olan qadınların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsilə onlar üçün yeni məşğulluq və karyera imkanlarının yaradılmasını, Читать далее

    Elan: GE — 01                                                                                                                   Tarix: 05.08.2023

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən  “Gəncə-Qazax bölgəsində qadınların və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsi  çərçivəsində
—  “Kompüter operatoru”;
—  “Sosial media marketinq” (SMM);
—  “1C: Ticarətin idarə olunması” ;
—  Python proqramlaşdırma dili;
—  HTML — Hipermətn işarələmə dili.
üzrə təşkil ediləcək seminar və təlimlərdə

                     Məruzəçi-ekspert vəzifəsi üçün vakansiya elan edilir Читать далее

Tarix:  24.11.2022

Gəncə şəhərində, 24 noyabr 2022-ci il tarixində “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsinin yekun konfransı keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra olunub.

Tədbirdə çıxış edən layihə rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov, 26 nəfər konfrans iştirakçılarına layihənin məqsədi və konfransın proqramı haqqında məlumat verib. Читать далее

Tarix: 28.10.2022

Gəncə şəhərində, 26-28 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra edilən  “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron  kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Nəşrlərin rəqəmsallaşdırılması” mövzusunda praktik  seminarlar keçirilib. Читать далее

Salamlama

Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri

Təqvim

Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov