Azərbaycanca | English

Picture1

3

2

4

 

 

 

 

Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyası ilə bağlı dəyirmi masa tədbiri keçirilib

Gəncə şəhərində, 18 yanvar 2019-cu il tarixində sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasının müzakirə edilməsi məqsədi ilə müvafiq yerli hökümət orqanları, biznes strukturları və vətəndaş cəmiyyəti təsisatları nümayəndələrinin iştirakı ilə dəyirmi masa tədbiri keçirilib.

Tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov tədbirin məqsədi və proqramı haqqında məlumat verib. Sonra Mehman Xəlilov bildirib ki, əlilliyi olan şəxslər ölkəmizdə ən həssas qruplardan birini təşkil edir, məhs bu səbəbdən əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətinin əsas prioritet sahələrindən birini təşkil edir. Daha sonra Mehman Xəlilov sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə daha geniş inteqrasiyasının və sosial inkluzivliyinin artırılması ilə bağlı biznes strukturlarının və vətəndaş cəmiyyəti təsisatlarının müvafiq fəaliyyətlərinin bu sahəyə əlavə dəyər gətirdiyini vurğulayıb. Читать далее

Picture1

3

2

4

 

 

 

 

                               Əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti

Gəncə şəhərində, 11 yanvar 2019-cu il tarixində media nümayəndələrinin iştirakı ilə “Əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti” mövzusunda seminar keçirilib.

Tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İdarə heyətinin sədri Mehman Xəlilov seminarın məqsədi və proqramı haqqında məlumat verib, həmçinin əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının xüsusi qayğıya ehtiyacı olan uşaqların və ümumiyyətlə əlilliyi olan Читать далее

Picture1

3

2

4

 

 

 

Elan: RA-16                                         Tarix: 08.01.2019

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin Yekun konfransının keçirilməsi ilə bağlı konfrans zalının icarəsi, tədbir iştirakçılarının nahar yeməyi ilə təmin edilməsi və çay/kofe fasiləsinin təşkili xidmətləri ilə bağlı açıq müsabiqə elan edilir.
Satınalmalar üzrə komissiya iddiaçılara bildirir ki, təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı (cap olunmuş) surətdə zərfdə təqdim etsinlər. İddiaçılar özləri haqqında məlumatları da (ünvan, VÖEN, bank rekvizitləri, fəaliyyət sahələri) təqdim etməlidirlər.
İddiaçılar təkliflərini 28 yanvar 2019-cu il saat 16:00-dək Gəncə Avro-Atlantik Məlumat Mərkəzinə (ünvan: Gəncə şəhəri, Zərrabi küç. ev 2.) Satınalmalar üzrə komissiyasına təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsi zamanı keyfiyyət göstəriciləri, qiymət amili, xidmətlərin yüksək səviyyədə göstərilməsi üçün şəraitin olması, hər 3 xidmətin eyni məkanda təşkil edilməsi, 50 nəfərlik müasir tələblərə uyğun konfrans zalın olması və digər meyarlar asas götürüləcəkdir. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.
Layihənin Yekun konfransının keçirilməsi 29 mart 2019-cu il tarixinə planlaşdırılır.
Göstərilmiş vaxtdan gec təqdim edilmiş təkliflər zərf açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 29 yanvar 2019-cu il saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır, bu mərhələdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Təkliflər zərflər açıldığı gündən etibarən 60 gün ərzində qüvvədə olmalıdır.
Telefon: 050 5919115, 022 2569406
E-mail: euroatlanticcenter@gmail.com
Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin
Satınalmalar üzrə qiymətləndirmə komissiyası

5

6

7

8

Picture1

3

2

4

 

 

 

Elan: SA-15                                                  Tarix: 25.12.2018
Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində yanvar və fevral ayları ərzində Gəncə şəhərində keçiriləcək təlimlərdə Nahar fasiləsinin və Çay fasiləsinin təşkili xidməti ilə bağlı açıq müsabiqə elan edilir.
Satınalmalar üzrə komissiya iddiaçılara bildirir ki, təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı (cap olunmuş) surətdə zərfdə təqdim etsinlər. İddiaçılar özləri haqqında məlumatları da (ünvan, VÖEN, bank rekvizitləri, fəaliyyət sahələri) təqdim etməlidirlər.
İddiaçılar təkliflərini 07 yanvar 2019-cu il saat 16:00-dək Gəncə Avro-Atlantik Məlumat Mərkəzinə (ünvan: Gəncə şəhəri, Zərrabi küç. ev 2.) Satınalmalar üzrə komissiyasına təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsi zamanı keyfiyyət göstəriciləri, qiymət amili, xidmətin gigiyenik normalara uyğun olması, xidmətin təlim keçirilən məkanada təşkil edilməsi və digər meyarlar asas götürüləcəkdir. Naharın təşkilinə  qeyd edilən  yeməklər daxil olmalıdır: toyuq şorbası, quzu ətindən qovurma, tərəvəz salatı, ayran, çörək (ağ, qara), salfet, pendir, zeytun marinə edilmiş, adjiko, meneral su.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.
Təlimlər 4 mərhələ üzrə həyata keciriləcəkdir, birinci təlimin keçirilməsi 18 yanvar 2019-cu il tarixinə planlaşdırılır.
Göstərilmiş vaxtdan gec təqdim edilmiş təkliflər zərf açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 08 yanvar 2019-cu il saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır, bu mərhələdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Təkliflər zərflər açıldığı gündən etibarən 30 gün ərzində qüvvədə olmalıdır.

Telefon: 050 5919115, 022 2569406
E-mail: euroatlanticcenter@gmail.com

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin
Satınalmalar üzrə qiymətləndirmə komissiyası

5

6

7

8

Picture1

3

2

4

 

 

 

 

Elan: SA-14                                                                                                             Tarix: 24.12.2018

Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəciliyi ilə həyata keçirilən “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində “Əlilliklə bağlı məsələlərin mediada işıqlandırılmasının əhəmiyyəti” mövzusunda təşkil ediləcək seminarda məruzəçi ekspert vəzifəsi üçün vakansiya elan edilir.

Yuxarıda qeyd olunan mövzularla bağlı tədbirlərdə aparıcılıq təcrübəsinə malik, ali təhsilli, üç ildən çox mediada iş təcrübəsi olan, elektron təqdimatların hazırlanmasında peşəkar bacarığı olan və bu sahələr üzrə müvafiq sertifikatlar əldə etmiş namizədlərdən mövzu yerində “Məruzəçi ekspert” qeyd edərək, CV-lərini 04 yanvar 2019-cu il tarixinədək euroatlanticcenter@gmail.com elektron ünvanına göndərməkləri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.

Seminarin 11 yanvar 2019-cu il tarixində təşkil edilməsi planlaşdırılır.

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin
Satınalmalar üzrə qiymətləndirmə komissiyası

5

6

7

8

Picture1

3

2

4

 

 

 

 

Layihə fəaliyyətləri ilə bağlı Göygöl və Şəmkir rayonlarında müvafiq dövlət qurumlarının və ictimaiyyətin məlumatlandırılması davam etdirilir

Layihə fəaliyyətləri ilə bağlı Göygöl və Şəmkir rayonlarında müvafiq dövlət qurumlarının və ictimaiyyətin məlumatlandırılması davam etdirilir. Bu məqsədlə, dekabr ayının 17-dən başlayaraq Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin (GAAMM) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatının Gəncə İcma əsaslı Reabilitasiya Mərkəzinin (GİƏRM) layihə üzrə əsas işçi heyəti Göygöl və Şəmkir rayonlarına növbəti səfərlərə başlamışdırlar.

Göygöl rayonuna səfərlər çərçivəsində Göygöl rayon Təhsil Şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi, Aərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində olan Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi, Göygöl rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində görüşlər keçirilmişdir. Görüşlərdə Göygöl rayon İcra Hakiyyətinin nümayəndəsi Vüqar Hüseynov iştirak etmişdir. Читать далее

Picture1

3

2

4

 

 

 

Sağlamlıq imkanları məhdud olan uşaqlara xüsusi qaygı göstərildi

 

 

 

 

 

 

 

03 dekabr 2018 ci il tarixlərində, 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər gününün qeyd olunması ilə bağlı Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən layihədən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan 30 nəfər uşağa hədiyyələr təqdim edilmişdir. Hərəkət məhdudiyyəti olan 3 nəfər uşağa hədiyyələr, onların Gəncə şəhəri, Göygöl rayonunun Hacıməlik qəsəbəsi və Samux rayonunun Kolayır kəndində yaşadıqları evlərdə təqdim edilmişdir. Hədiyyələr uşaqların sevincinə səbəb olmuşdur. Gəncə Avro-Atlantik Məlumat Mərkəzində təşkil edilmiş hədiyyələrin təqdim olunması tədbirində çıxış edən təşkilatın İdarə heyətinin sədri Mehman Xəlilov uşaqları qarşıdan gələn Yeni il münasibətilə təbrik etmişdir. Читать далее

Picture1

3

2

4

 

 

 

 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün Gəncə bölgəsinin tarixi, mədəni və istirahət yerlərinə ekskursiyalar təşkil edilmişdir.

1-1Gəncə Avro-Atlantik Məlumat Mərkəz tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün təşkil olunmuş ekskursiya çərçivəsində ilk səfər Gəncə şəhər Uşaq Kitabxanasına edilmişdir. Görüşün məqsədi kitabxana tərəfindən uşaqlara göstərilən yeni xidmətlər barəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynlərini məlumatlandırmaq və bu uşaqların kitabxanada göstərilən xidmətlərdən bəhrələnməyə cəlb edilməsi olmuşdur. Kitabxananın əməkdaşları uşaqları hörmətlə və mehribanlıqla qarşılamış və onlara kitabxanada təşkil edilmiş kitab sərgiləri, nağıl guşəsi və yeni xidmətlərlə tanış etmişdirlər. Sonra kitabxananın əməkdaşı Kifayət Sadıqova uşaqlar üçün “Ovçu Pirimin nağılı”nı oxudu və uşaqlarla “Tapmaca saatı” keçirdi. Читать далее

Picture1

3

2

4

 

 

 

 

Vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri üçün “Sosial sahibkarlıq” mövzusunda tədbir keçirilmişdir.

3

2

 

 

 

 

 

 

 

26-27 noyabr 2018 il tarixində, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin layihə ofisində vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Sosial sahibkarlıq” mövzusunda 2 günlük seminar keçirilib. Читать далее

Picture1

3

2

4

 

 

 

 

Vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri üçün “Advokasi və Kommunikasiya” mövzusunda təlim keçirilmişdir

2018-322-23 noyabr 2018 ci il tarixində, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin layihə ofisində vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Advokasi və Kommunikasiya” mövzusunda 2 günlük seminar keçirilib.

Tədbir Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq mkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Читать далее

Salamlama

Hörmətli dostlar, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin Web-saytında hamınızı salamlayıram. Əminəm ki, təşkilatımızın Web-saytında yerləşdirilən məlumatlar, Sizə Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmağa köməklik edəcəkdir. Ümidvaram ki, Web-saytla tanışlığınız ümumi inkişafa xidmət edən birgə əməkdaşlığımıza zəmin yaradacaqdır.
 
Mehman Xəlilov
Gəncə Avro Atlantik Məlumat Mərkəzi
İdarə heyətinin sədri

Təqvim

Октябрь 2024
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Bu sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Müəllif hüquqları qorunur 2013-2018 © Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.
Saytın hazırlanması Fərhad Hüseynov